Son vaxtlar bəzi sahibkarlar, iqtisadi situasiyanın yaxşılaşdığını görən bəzi problemli müştərilər banka gələrək kredit problemlərinin həllini təklif edirlər. FED.az xəbər verir ki bu barədə «Accessbank»ın rəhbəri Anar Həsənov bildirib.
«Bəzi müştərilər görərək ki, artıq biznes mühiti dəyişir, yəni vəzyyət ümidsiz deyil, onlar özləri çalışırlar banka qayıdıb kredit məsələsini məhkəməsiz həll etsinlər. Onlar gəlirdi ki, mənim müəyyən kreditim, ona hesablanan faiz və cərimələr yığılıb qalıb, gəlin danışaq ki, vəziyyətdən necə çıxa bilərik».
Bank rəhbərinin sözlərinə görə, «Accessbank» son bir ildə 50 milyon manat həcmində problemli krediti həll edə bilib. Bunların arasında həm məhkəmə yolu ilə həll olunanlar həm də könüllü şəkildə həll olunan kreditlər var.