Azərbaycanın aparıcı banklarından olan “Unibank” daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır.
FED.az xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Faiq Hüseynov məlumat verib.
Eləcə də bax: “Unibank”dan biznes müştərilərinə - DAHA BİR DƏSTƏK
Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1 milyon dollar ekvivalentində büdcə ayırır. İnnovasiya layihələrinin tətbiqi nəticəsində birinci ildə əldə olunan gəlirin 50%-i ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək. Bu, Bankın idarəetmə sisteminin transformasiyası proqramının daha bir komponentidir».