Xəbər verildiyi kimi Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank» 2022-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Eləcə də bax: Yelo Bank-ın əmanət və kredit portfelləri - YARIM MİLYARD MANATI KEÇDİ
FED.az xəbər verir ki, ilk yarım ilin nəticəsinə görə, bankın aktivləri 40%-ə yaxın artıb, xalis mənfəəti isə 2,4 milyon manat təşkil edib.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: «Əmanət və kredit portfellərində yüksək artım dinamikası həyata keçirilən inkişaf strategiyamızın əsas göstəricilərindəndir. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq.
İlk 2 rüb ərzində bir neçə yeni rəqəmsal filial istifadəyə verdik, həmçinin innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim etdik. 2022-ci ilin sonunadək bu yenilikləri davam etdirərək daha böyük uğurlar əldə edəcəyimizə əminəm».