Xəbər verildiyi kimi, Azərbaycanın ən dayanıqlı banklarından bir olan Yelo Bank nizamnamə kapitalını 30 milyon manat artırır.
Eləcə də bax: Təcili: "Yelo Bank" kapitalını kəskin artırır - MƏBLƏĞ
FED.az xəbər verir ki, Bankın kapitalın artımı ilə bağlı bankın Müşahidə Şurasının səhmdarlara tövsiyəsi səhmdarların aprelin 20-də ümumi yığıncağında müzakirə olunacaq. Kapitallaşma nəticəsində Yelo Bankın nizamnamə kapitalı 378 milyon manata çatacaq.
Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişovanın sözlərinə görə, nizamnamə kapitalının artırılmasının əsas hədəfi mürəkkəb beynəlxalq iqtisadi şəraitdə müştərilərə dəstəyin verilməsi, o cümlədən biznesin və ümumilikdə onun effektivliyinin artırılması üçün yeni təşəbbüslərin reallaşdırılmasıdır.