Bank VTB (Azərbaycan)-ın müştəriləri filiala gəlmədən digər ölkəyə pul köçürmək imkanı əldə ediblər.
Eləcə də bax: VTB (Azərbaycan) sahibkarlar üçün Facebook-da rəqəmsal bankını işə salıb
FED.az xəbər verir ki, bankın yaydığı məlumatda bildirilir ki, Çat-bank Direct-də mövcud olan “Beynəlxalq pul köçürmələri” xidməti WhatsApp və ya Facebook Messenger – də VTB (Azərbaycan)-ın Visa kartlarından xarici bankların Visa kartlarına pul köçürməyə imkan verir.
Köçürmənin maksimal məbləği gün ərzində 1000 dollar və ay ərzində 10000 dollardır (və ya digər valyuta ekvivalenti). Komissiya vəsaitin göndərildiyi ölkədən asılı olmayaraq köçürülən məbləğin 1% -ni təşkil edir.
Pul köçürmək üçün WhatsApp və ya Facebook mesencerlərində Direct çat-bankında qeydiyyatdan keçmək lazımdır. WhatsApp istifadəçiləri əsas menyuda “Köçürmələr”, Facebook Messenger istifadəçiləri isə “Ödənişlər”, daha sonra “Card to Card köçürmələri” funksiyasını seçməlidirlər. Açılan pəncərədə “Beynəlxalq köçürmələr” bölməsinə daxil olub və vacib olan xanaları (kartın və vəsaiti alan şəxsin adı) doldurmaq lazımdır. Vəsait hesaba dərhal köçürülür.
“Bank əməliyyatlarını elə mesencerlərdə həyata keçirməyə imkan verən çat-bank Direct müştərilərimiz arasında çox populyardır. Biz də istifadəçilər üçün xidmət siyahısının genişləndirilməsi istiqamətində daim çalışırıq. İndi Visa kart istifadəçiləri üçün Direct-də kartdan karta beynəlxalq pul köçürmələri xidməti mövcuddur. Doğmalarınıza pul köçürmək indi sadə və rahatdır” – deyə, bank VTB (Azərbaycan)-ın “Rəqəmsal bank” layihə ofisinin rəhbəri Kamila Şahbazova bildirib.