Xəbər verildiyi kimi, «Moody's Ratings» reytinq agentliyi Azərbaycanın 5 aparıcı bankının reytinqlərini yeniləyib.
"Bank of Baku" ABŞ bankında ( HAB Bank ) - MÜXBİR HESABI AÇIB
FED.az xəbər verir ki onların arasında bank sektorunun ən fəal üzvlərindən olan «Bank of Baku» da var.
«Moody's Ratings»in elan etdiyi son reytinqlərə əsasən, «Bank of Baku»nun uzunmüddətli BCA-nı b2-dən b1 səviyyəsində, uzunmüddətli yerli və xarici valyutada depozit reytinqləri isə Ba1-dən Ba2-yə qaldırılıb, eləcə də «Bank of Baku»nun yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnozlar «müsbət»dən «sabit»ə dəyişib.
Agentliyin bununla bağlı açıqlamasında bildirilir ki, Bankın BCA-nın b2-dən b1-ə yüksəldilməsi Azərbaycanın bank sistemi üzrə makro göstəricisinin daha yüksək olan “Zəif-”dən “Zəif”ə qaldırılması, eləcə də cari əməliyyat mühitində risklərin aşağı olması, həmçinin bankın yaxşılaşmış likvidlik profili ilə bağlıdır.
«Moodyı» «Bank of Baku»dakı irəliləyişlərdən biri kimi problemli kreditlərin azalmasını qeyd edir. Bu göstərici 2023-cü ilin sonuna 2,8%-ə enib, eləcə də bankın aktivlərinin gəlirliyi 3,5%-ə yüksəlib. Bu bankın aktivlərinin keyfiyyətini artırıb, eləcə də bankın gəlirliyi yüksəlib.
Eyni zamanda, BCA-nın artımının məhdud olmasının səbəbi bankın biznes modelinin əsasən iqtisadi tsikllərə həssas olan təminatsız istehlak kreditləri seqmentinə fokuslanması, eləcə də eləcə də 2023-cü ilin sonunda ümumi aktivlərin 18%-ni təşkil edən zəif likvidlik yastığıdır.
«Bank of Baku»nun B1 uzunmüddətli depozit reytinqləri bankın BCA-sı b1-ə əsaslanır və artırılmayıb. Səbəbi bankın nisbətən kiçik ölçüsü və sistem əhəmiyyətinin olmaması nəzərə alınmaqla, Azərbaycan Hökuməti tərəfindən dəstək ehtimalının aşağı olmasıdır.
Eyni zamanda Agentlik qeyd edir ki, «Bank of Baku»nun uzunmüddətli depozit reytinqləri üzrə proqnoz «sabit»dir və bu, bankın növbəti 12-18 ay ərzində möhkəm kredit göstəricilərini qoruyub saxlayacağına dair gözləntiəri əks edirir.