Bankdan FED.az-a verilən məlumata görə, Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatlarından biri olaraq Bank of Baku mənzil almaq istəyən şəxslərə fondun ayırdığı vəsait hesabına 100.000 AZN-dək həcmində kredit təklif edir.
Kreditin maksimal müddəti 25 il, maksimal illik faiz dərəcəsi 8% təşkil edir. Şərtlərə əsasən tələb olunan ilkin ödəniş məbləği 30% həcmindədir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:
- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.
Sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.
İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet ünvanından http://www.amf.az/az/ tanış ola bilərsiniz.
Bank of Baku-nun təqdim etdiyi bu və digər kredit məhsulları haqqında məlumatı bu linkə http://www.bankofbaku.com/az/loans/ keçid alaraq və ya Bankın 145 Məlumat Mərkəzinə zəng edərək əldə etmək olar.
Daha ətraflı:
145 məlumat mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku