“Bank of Baku” ASC-nin sahə direktorlarından biri istefa verir.
Eləcə də bax: “Azsığorta”nın İdarə Heyətinin tərkibi - Dəyişdirilir
Bu, Anar Abbasovdur. O, 2018-ci ilin mart ayından “Bank of Baku”da Sahə direktoru, yaxud Baş informasiya inzibatçısı təyin edilmişdi.
A.Abbasov “Bank of Baku”ya 2008-ci ilin avqustunda gəlib, 2012-ci ilin mart ayında şöbə müdiri, 2013-cü ilin yanvarında Rəqəmsal bankçılıq və layihə idarəetməsi departamentinə direktor təyin edilmişdi.
FED.az Banker.az-a istinadən bildirir ki, ötən gün “Facebook” səhifəsində “Bu 13 il möhtəşəm idi! Hər şey üçün çox sağ ol!”- deyə, ayrılması ilə bağlı siqnal verən post paylaşıb.
Anar Abbasov 2018-ci ildən Gürcüstanda fəaliyyət göstərən “Prime Insurance” Səhmdar Cəmiyətinin Direktorlar Şurası sədrinin müavinidir. “Prime Insurance”ın 7.7 mln lari (2.2 mln dollar) nizamnamə kapitalının 100% səhmdarı – “Mercury Europe Holding” şirkətidir.