Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında Bankın aşağıdakı filialları 18-26 mart tarixləri arasında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
- Mərkəz filialı - Bakı ş., Azərbaycan pr., 3; (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))
- Azneft filialı - Bakı ş., Neftçilər pr., 65 (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))
- Səməd Vurğun filialı - Puşkin küç.12/14; (10:00 – 20:00 – dək (13:00-14:00 nahar fasiləsi))
Bayram günlərində müştərilər, qeyd olunan hər 3 filialda valyuta mübadiləsi əməliyyatı xidmətindən faydalana bilərlər.
Qeyd edək ki, qeyri-iş günlərində Bankın Bakıda və regionlarda fəaliyyət göstərən digər filialları və partnyor mağazaları da ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.
Belə ki, müştərilər kredit və digər ödənişlərini bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları və qırmızı “MilliÖn” və “eManat” ödəniş terminalları vasitəsilə, eləcədə, www.bankofbaku.com; www.e-pul.az; www.hesab.az saytları vasitəsi ilə həyata keçirə bilərlər.
Qeyd edək ki, bayram günlərində edilmiş bütün ödənişlər bankın əməliyyat proqramında 27 mart 2017-ci il tarixində əks olunacaqdır.
Bank of Baku-nun filial və ödəniş terminalları şəbəkəsi haqqında ətraflı məlumatla Bankın http://www.bankofbaku.com/ rəsmi internet ünvanından tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku