Azərbaycanın bank sektorunun ən aktiv iştirakçılarından olan «Bank of Baku» 2022-ci il üzrə yüksək nəticələr açıqlayıb.
Bolkart-dan 50 AZN KEŞBEK HƏDİYYƏ! - “Xoş Gəldin” kampaniyası!
FED.az xəbər verir ki, 2022-ci ildə bankın ümumi gəlirləri 112 milyon manat, xərcləri 77,8 milyon manat olub.
Bankın 2022-ci ildəki fəaliyyəti nəticəsində indiyədək ehtiyat üçün ayrılmış 12,1 milyon manat vəsait geri qaytarılıb.
Nəticədə «Bank of Baku»nun vergidən əvvəlki 46,3 milyon manat, 9,3 milyon manat mənfəət vergisindən sonra xalis mənfəəti 36 milyon 865 min manat olub.
2022-ci ilin sonuna bankın cəmi aktivləri 204 milyon manat artaraq 497 milyon manatdan 701 milyon manata yüksəlib. Öhdəliklər isə 175 milyon manat artaraq 578 milyon manata yüksəlib.
2022-ci ilin sonuna bankın kapitalı 28 milyon manat artaraq 122,9 milyon manata çatıb.