Sosial layihələrə olan dəstəyi ilə hər zaman seçilən ölkənin aparıcı banklarından biri «Bank of Baku», prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən özünüməşğulluq proqramına dəstəyini davam etdirir.
Eləcə də bax: "Bank of Baku"dan tibb işçilərinə özəl - KOMİSSİYASIZ, ZAMİNSİZ 30.000 AZN-dək KREDİT!
FED.az xəbər verir ki, bank, proqram çərçivəsində şəxsi biznesini inkişaf etdirmək və ya təsərrüfatını genişləndirmək istəyən aztəminatlı, eləcə də fiziki məhdudiyyəti olan şəxslərə davamlı dəstək göstərməkdədir.
Belə ki, Şirvan, Ağsu, Neftçala, Şəki və Balakən rayonlarında yaşayan aşağıdakı şəxslərə fəaliyyət sahələrinə uyğun olaraq bizneslərinin inkişafına təkan verəcək xüsusi avadanlıqlar təqdim olunub:
- Rüstəmov Əlibaba Cəfər oğlu – Heyvandarlıq təsərrüfatı – (24 baş yerli cins keçi, 1 baş erkək keçi)
- Şahverənova Tofiqə Şahverdi qızı - Heyvandarlıq təsərrüfatı (24 baş yerli cins keçi, 1 baş erkək keçi)
- Nəbiyev Murad İsrail oğlu - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, qayçı və s.)
- Uzunova Pərvanə Fərman qızı - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, qayçı və s.)
- Həmidova Mirvari Seyidəhməd qızı – tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, parça, qayçı və s.)
Qeyd edək ki, Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, 11 mart tarixində Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdı.
Bank of Baku da bu layihədə yaxından iştirak edərək, regionlarda öz işini qurmaqda çətinlik çəkən sahibkarlara dəstəyini davam etdirəcək.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi