«Bank of Baku»da yeni təyinat olub. FED.az xəbər verir ki, Amid Qənbərov bankın partnyorlarla iş və alternativ satış departamentinə yeni direktor təyin olunub. Məlumat üçün bildirək ki, Amid Qənbərov 13 ildən çoxdur ki, "Bank of Baku"da çalışır, son 6 ildə isə Bankın Nefçilər filialının direktoru vəzifəsini icra edib.
Eləcə də bax: "Bank Respublika"da – YENİ TƏYİNAT
«Bank of Baku»dan FED.az-a bildirilib ki, təyinat bankda aparılan struktur dəyişiklikləri çərçivəsində baş verib. Bu dəyişikliklər zamanı bəzi departamentlərin funksiyaları və fəaliyyət istiqamətlərinə yeniən baxılıb.
Amid Qənbərovun yerinə isə Neftçilər filialına Rüfət Məmmədov təyin edilib. O da bankın öz yetirməsidir və 2013-cü ildən etbarən «Bank of Baku»nun müxtəlif filiallarında çalışıb.
ELƏCƏ DƏ BAX: Daha bir bank mənfəətə çıxdı - HESABAT AÇIQLANDI
"Bank of Baku"da - YENİ TƏYİNAT
10:18
16 Yan 2019