Bank of Baku-nun Zülfiyyə Xanbabayevanı məhməkəyə verməsi, həmçinin evini əlindən alması ilə bağlı yayılmış xəbər həqiqəti əks etdirmir.
FED.az xəbər verir ki, bank rəsmisinin açıqladığı məlumatda qeyd olunur ki, yayılmış məlumatda qeyd edilən iddialar heç bir əsası olmayan, tamamilə yanlış məlumatdır. Zülfiyyə Xanbabayevanın "Bank of Baku"da heç bir kredit öhdəliyi yoxdur.
Məlumatda qeyd olunur ki, yanlış xəbəri tirajlayan media nümayəndələrindən məlumatı təkzib etmələri və bu kimi məlumatları yaymazdan öncə daha diqqətli olmaları, məsul şəxslərlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaları xahiş olunur.