Bank of Baku-da yeni əyinat gerçəkləşib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, İlqar İbrahimov Ödəniş Sistemləri Departamentinin direktor müavini vəzifəsinə təyin olunub.
2006-2018-ci illərdə Kart prosessinq və ödəniş texnologiyaları sahələrində ardıcıl olaraq MilliKart, Unibank və Paşabank-da çalışan İlqar İbrahimov Azərbaycan Dövlət İqtisad Universitetində Magistr dərəcəsi üzrə təhsil alıb.
O, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə Ekspert Qrupunun üzvüdür.