Azərbaycanın aparıcı banklarından biri, bank sektorunun ən aktiv təmsilçilərindən olan “Bank of Baku”nun gəlir mənbələri məlum olub.
2025-ci ildə “Bank of Baku” gəlirlərini 15,8% artıraraq təqribən 200 milyon manata – daha dəqiqi 198 milyon 539 min manata çatdırıb. Bu “Bank of Baku”nun tarixində rekord göstəricidir.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycanın aparıcı banklarından olan, kredit bazarının aktiv iştirakçısı “Bank of Baku”nun gəlir mənbələrini araşdırıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
2025-cü ilin nəticələrinə görə, “Bank of Baku”nun ümumi gəlirlərində ən böyük hissəni– 166 milyon 985 min manatı və ya 84%-i təbii olaraq kredit portfelinin gəlirlərindən formalaşıb. Kredit portfelindən gəlirlər 2024-cü ilə nisbətən 15,7% artıb.
Komissiya haqlarından isə 22 milyon 328 min manat daxil olub, bu bankın bütün gəlirlərinin cəmi 11%-i deməkdir. Bu gəlirlər bir ildə 21,1% çoxalıb.
“Bank of Baku” qiymətli kağızlardan 4 milyon 643 min manat gəlir əldə edib ki, bu da ümumi gəlirin 2%-ini tutub və bir il ərzində 8,9% artıb.
Digər banklardan depozit gəlirləri isə 4 milyon 638 min manat təşkil edir və ümumi gəlirdə 2%-lik yer tutur. Depozit gəlirləri illik müqayisədə 33,7% çoxalıb.
Digər banklara kreditlərdən gəlirlər 86 min manat olub ki, bu da, illik müqayisədə 6 dəfə artım deməkdir. Bankın digər faiz gəlirləri 917 min manat olmaqla bir il ərzində 53,8% artıb. Digər qeyri-faiz gəlirləri isə 95 min manat olub ki, bu da, son bir ildə 4 dəfə artım deməkdir. Bu üç sahədən gəlirlər bankın ümumi gəlirlərində cüzi paya sahib olub.
Bank valyuta əməliyyatlarından 1 milyon 153 min manat zərər edib. Bu, bir ildə 5 dəfə azalma deməkdir.
2024-2025-ci illər ərzində “Bank of Baku”nın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
144 316 |
84% |
166 985 |
84% |
15,70% |
|
QK-a investisiyadan gəlir |
4 263 |
2% |
4 643 |
2% |
8,90% |
|
Digər banklara kreditlərdən gəlirlər |
14 |
0% |
86 |
0% |
6 dəfə artım |
|
Digər banklara depozitlərdən gəlirlər |
3 468 |
2% |
4 638 |
2% |
33,70% |
|
Komissiya haqları |
18 430 |
11% |
22 328 |
11% |
21,10% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
281 |
0% |
-1 153 |
-1% |
5,1 dəfə azalma |
|
Digər faiz gəlirləri |
596 |
1% |
917 |
1% |
53,80% |
|
Digər qeyri-faiz gəlirləri |
24 |
0% |
95 |
1% |
4 dəfə artım |
|
|
|||||
|
Cəmi gəlirlər |
171 392 |
100% |
198 539 |
100% |
15,80% |














