FED.az “Bank of Baku”nun gəlir mənbələrini təqdim edir.
«Bank of Baku»nun gəlir mexanizmi saat kimi işləyir – MƏNFƏƏT 24 MİLYON MANATA YÜKSƏLDİ - HESABAT
“Bank of Baku” 2025-ci ilin 3-cü rübündə ümumilikdə 144 milyon 454 min manat gəlir əldə edib. Bu məbləğin ən böyük hissəsi, yəni 84%-i və ya 121 milyon 976 min manatlıq hissəsi kredit portfeli üzrə faiz gəlirlərindən formalaşıb. Bankın gəlir strukturunda bu istiqamət əsas dayağı təşkil edir.
Komissiya haqları da mühüm gəlir mənbələrindən biridir. Bu sahədən bank 15 milyon 825 min manat qazanıb ki, bu da ümumi gəlirin 11%-i deməkdir.
Bank qiymətli kağızlar bazarına yatırımlar da edib. Qiymətli kağızlara investisiyalardan gəlirlər 3 milyon 325 min manat və ya ümumi gəlirin 2%-i qədərdir.
Daha bir gəlir mənbəsi ümumi gəlirlərin təqribi 2%-lik hissəini əhatə edib. Belə ki, digər banklara depozitlərdən gəlirlər 3 milyon 53 min manat və bu da ümumi gəlirlərə baxdıqda 2%-lik pay təşkil edir.
Bundan başqa, digər faiz gəlirləri 839 min manat olub ki, bu da ümumi gəlirin 1%-i qədərdir.
Daha 95 min manat digər qeyri-faiz gəlirlərindən cəlb olunub və bu mənbə gəlirin 1%-ni təşkil edir.
Ən az gəlir digər banklara kreditlərdən qazanılıb və cəmi min manat olub.
Bank gəlir qazanmaqla yanaşı valyuta əməliyyatlarından 660 min manat zərər edib bu da ümumi gəlirdə 1%-lik azalma deməkdir.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
121 976 |
84% |
|
QK-a investisiyadan gəlir |
3 325 |
2% |
|
Digər banklara depozitlərdən gəlirlər |
3 053 |
2% |
|
Digər banklara kreditlərdən gəlirlər |
1 |
1% |
|
Komissiya haqları |
15 825 |
11% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
-660 |
-1% |
|
Digər faiz gəlirləri |
839 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
95 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
144 454 |
100% |














