"Bank of Baku" ölkə başçısı İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanın icrası çərçivəsində, 15 may 2019-cu il tarixindən etibarən start verdiyi problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir.
Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslər cari ilin sonuna kimi Bank of Baku-ya yaxınlaşaraq, fərmanın verdiyi üstünlüklərdən faydalana bilər.
Belə ki, fərmanın şamil olunduğu tarixə kimi restrukturizasiya zamanı müştərilərin vaxtı keçmiş kreditləri üzrə faiz borcları silinir və kredit müqavilələri
- İLLİK 1%-lə,
- 5 İL müddətinə,
- KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir.
Üstəlik, müştərilər ilk 12 ayın sadəcə faiz borcunu ödəyərək əsas borc ödənişinə 13-cü aydan başlayacaqlar. Fərmandan faydalanan müştərilər, eyni zamanda aşağıdakı üstünlüklərə də sahib olacaqlar:
- Müştərinin krediti problemli kredit siyahısından çıxarılacaq;
- Məhkəmədə olan işlər geri çağırılacaq;
- Müştəri yenidən kredit əldə etmə imkanı qazanacaq.
01 yanvar 2012 – 28 fevral 2019-cu il tarixləri ərzində kredit əldə etmiş və 01 mart 2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000 AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslərin 30 dekabr 2019-cu il tarixinə kimi Bank of Baku-ya yaxınlaşmaları və bu güzəştdən faydalanmaları tövsiyyə olunur.
Fərmanın şamil olunduğu fiziki şəxslər siyahısında adının olub-olmadığını yoxlamaq istəyən Bank of Baku müştəriləri Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.
Daha ətraflı:
145 Məlumat Mərkəzi