"Bank of Baku" ASC Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat vəsait ayırıb.
FED.az xəbər verir ki, "Bank of Baku hər zaman korporativ sosial məsuliyyət siyasətilə də ölkəmizdə qabaqcıl maliyyə təşkilatlarından biri olub. Bu çətin günlərdə dövlətimizin gördüyü işlərə dəstək verməkdən qürur duyuruq",- Bankın məlumatında deyilir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
marja