FED.az xəbər verir ki, "Bank of Baku" Məlumat xidməti bölməsinin kiçik eksperti (Xaçmaz, Lənkəran, Şirvan, Şəki filialları) vəzifəsi üzə vakansiya elan edir.
Eləcə də bax:"Nurgun Holdinq" işçi axtarır - VAKANSİYA
Əsas vəzifə və öhdəliklər
o Filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə müraciətçilərə ilkin məlumatların verilməsi
o Müraciət edən şəxslərin istəyinə əsasən onların müvafiq bölmələrə yönləndirilməsi
o Filial ilə digər struktur bölmələri arasında bankdaxili sənəd mübadiləsinin təmin edilməsi və onların qeydiyyatının aparılması
o Daxil olan və çıxan məktubların, dövri nəşrlərin qeydiyyatının aparılması və arxivləşdirilməsi
o Filiala daxil olmuş şəxslərin növbənin avtomatik idarəedilmə sistemi ilə bağlı suallarına cavab verilməsi və lazım olduqda onlara köməklik göstərilməsi
Seçim meyarları
o Ali təhsil
o Mükəmməl Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür)
o MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o Məsuliyyətli və intizamlı iş yanaşması
o Yüksək ünsiyyət bacarığı
o Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
İş şərtləri
o İş yeri: Region filialları (Xaçmaz, Lənkəran, Şirvan, Şəki)
o İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Məlumat xidməti bölməsinin kiçik eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.