İnformasiya texnologiyaları departamentinin baş eksperti
Əsas vəzifə və öhdəliklər
- Bankın informasiya texnologiyalarının təhlükəsizliyinin təşkili və bu sahədə beynəlxalq və dövlət standartlarına uyğun olan siyasətlərin və konsepsiyaların tətbiqi
- Bankın mövcud olan bütün informasiya sistemlərinin və korporativ şəbəkənin işə davamlılığının, informasiya təhlükəsizliyinin səviyyəsinin mütəmadi təhlili və aşkar olunan problemlərin aradan qaldırılması
- İnformasiya təhlükəsizliyi üzrə siyasət və standartların araşdırılması və inkişafı
- Bankda tətbiq olunan yeni proqram təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarət edilməsi
- Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinə riayət olunmasına nəzarətin həyata keçirilməsi
- Kompüter sistemləri və şəbəkələri, həmçinin veb-əsaslı tətbiqlər üzrə təhlükəsizlik sınaqlarını aparmaq
Seçim meyarları
- İnformasiya texnologiyaları üzrə ali təhsil
- Azərbaycan dili əla, rus və ingilis dili üzrə yaxşı səviyyədə biliklər
- Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər
- Kompüter şəbəkələrinin, TCP/IP protokollarının, şəbəkələrarası ekranların, IPS, SIEM, DLP iş prinsiplərinə dair biliklər
- Mühafizənin təhlili və boşluqları təsbit edən şəbəkə skanerlərindən istifadə edilməsinə dair biliklər (Nessus, OpenVAS)
- Sahə üzrə 3-5 il iş təcrübəsi
- Problemə yönəlik anatilik düşünmə tərzi
İş şərtləri
- İş yeri: Əməliyyat Mərkəzi
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində İnformasiya texnologiyaları departamentinin baş eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
“Bank of Baku” işçi axtarır – VAKANSİYA
19:58
9 İyul 2019