Bank of Baku
Vəzifə: KOS kreditlər üzrə kiçik kredit ekspert
Vəzifə öhdəlikləri:
• Bankın kiçik, orta, məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
• Filialın kiçik və orta kreditlərinin planının icrasını və çarpaz satışını təmin etmək;
• Kredit portfelinin keyfiyyətinin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək, təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Potensial müştərilərin təhlilini apararaq, müvafiq sənədləri kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
• Korporativ müştərilərin loyallığının təmin edilməsi üçün zəruri tədbirlər görmək;
• Korporativ məhsulların təkmilləşdiriməsinə dair təkliflər vermək.
Namizədə qarşı tələblər:
• Ali təhsil (iqtisadi və maliyyə təhsili olanlara üstünlük verilir);
• KOS kreditləri sahəsində ən azı 1 il iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• Analitik düşünmə qabiliyyəti;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
• MS Office proqramlarında sərbəst istifadə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.