Bank of Baku” 2021-ci ilin I yarısında aktivlərini 13,9% - 466,587 milyon manata qədər artırıb.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
2021-ci il iyunun 30-na bankın kredit portfeli 389,934 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 15,4% - İF) təşkil edib.
Bankın öhdəlikləri 380,099 milyon manata (artım 14,1%) bərabərdir. Bankda depozitlər 220,17 milyon manat (artım 13,8%), əhalinin əmanətləri 194,091 milyon manat (artım 13,2%) təşkil edir.
2021-ci ilin iyul ayının əvvəlinə “Bank of Baku”nun kapitalı 86 milyon 487,98 min manata (artım 13,2%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin I yarısında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 9 milyon 372,05 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 73,4% çoxdur.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.(İnterfaks)