Cari ilin ilk rübündə "Bank of Baku" müştərilərinə 312,693 mln manat kredit və lizinq verib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 4.42% çoxdur.
FED.az xəbər verir ki, bank ən çox krediti fiziki şəxslərə verib ki, bu da ötən ilin 1-ci rübü ilə müqayisədə 7.95% çox və ya 228,814 mln manat təşkil edib.
Bank ən az krediti, sənaye sahələrinin kreditləşməsinə ayırıb. Verilmiş kreditin məbləği 2,391 mln manat təşkil edib.
"Bank of Baku" hesabat dövründə ticarət və xidmət sektoruna 71,215 mln manat kredit verib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3.30% azdır.
Ötən ilin ilk rübü ilə müqayisədə cari ildə bank kənd təsərrüfatına 4.27% az 10,271 mln manat kredit verib.
Bank of Baku fiziki şəxlərə verilən kreditləri artırıb
14:38
16 May 2019