Ölkənin seçilən banklarından olan Bank of Baku “Sağlam həyat, yaşıl gələcək!” mesajı ilə növbəti ekososial layihəsini reallaşdırıb.
26 oktyabr tarixində Bank of Baku-nun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə veloyürüş baş tutub.
Səbail rayonu ərazisində yerləşən Veloparkda Bank of Baku-nun 100-dən çox əməkdaşı bir araya gələrək “Sağlam həyat, yaşıl gələcək!” şüarı altında velosipedlər sürüblər.
Tədbirin əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq, velosipedlərdən mütəmadi istifadənin insan sağlamlığına və ətraf mühitə müsbət təsirlərini xatırlatmaq, həmçinin yaşıl gələcək naminə fərdi məsuliyyətin artırılmasına töhfə verməkdir.
Bunlarla yanaşı, tədbirdə birlik, həmrəylik kimi dəyərlərin əhəmiyyəti də vurğulanıb.
Bank of Baku-nun və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbər şəxslərinin də iştirak etdiyi veloyürüş təxminən 1 saat davam edib. Tədbir iştirakçıları Velopark ərazisində təbiət qoynunda aktiv istirahət etmək və asudə vaxt keçirmək imkanı əldə ediblər.
Qeyd edək ki, Bank of Baku yaşıl təşəbbüsləri çərçivəsində ağacəkmə aksiyaları, Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi kimi müxtəlif eko layihələr həyata keçirir. Bank bu istiqamətdəki tədbirlərini mütəmadi olaraq davam etdirir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi













![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3430257.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3585993.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1573868.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3286884.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2995917.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1338790.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4531117.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1807681.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1189573.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3438848.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3209007.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3066637.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4658196.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/799071.jpg)
![Bank of Baku əməkdaşlarından veloyürüş – Sağlam həyat, yaşıl gələcək - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4190015.jpg)









