Bankdan FED.az-a verilən məlumata görə, hər bir xanım müştərinin sevincinə səbəb olacaq bu kampaniyalardan Bankın həm cari, həm də yeni müştəriləri faydalana bilər.
8 gün davam edəcək 8 kampaniyaya aşağıdakılar daxildir:
- Gənc xanımlara Bolkart Gənc debet HƏDİYYƏ – yaşı 27-dək olan, Bolkart Gənc debet əldə etmək istəyən xanımlar kartı emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq əldə edə bilərlər;
- Bolkart Ailə debet PULSUZ – yaşı 27-dən yuxarı olan xanımlar Bolkart Ailə debet kartını emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq rəsmiləşdirəcəklər. Bolkart Ailə debet kartına sahib olan bəylər isə öz kartlarına bağlı ikinci kart əldə edərək xanımlarına hədiyyə edə bilərlər.
- İŞKART debet PULSUZ – xanım sahibkarlar və ya VÖEN hesabına malik vergi ödəyicisi olan hər bir xanıma kart 1 və ya 2 illik HƏDİYYƏ edilir;
- Nağd pul kreditlərinə 0% komissiya – 5000 AZN-dək nağd pul krediti üçün müraciət edən xanım müştərilərə komissiya faizi HƏDİYYƏ!
- Xanım sahibkarlar üçün əmək haqqı layihəsi üzrə ayrılan plastik kartlar PULSUZ!
- Bolkart Gənc və Bolkart Ailə kredit kartlarının 1-ci il xidmət haqqısı PULSUZ!
- Bolkart kredit kartları ilə 3 və ya 6 aya ödə partnyorlarında 8 aya ödəmək imkanı – 8 taksit kampaniyası yalnız geyim, parfümeriya, aksessuar, telefon və məişət avadanlıqları satılan mağalarda keçərlidir.
- Lider və Monex təcili pul köçürmələri üzrə 50% ENDİRİM!
Kampaniyalar haqqında daha ətraflı məlumatı Bankın rəsmi facebook səhifəsinə daxil olaraq https://www.facebook.com/bankofbaku/ və ya 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku