Bank of Baku, İnternet Bankçılıq xidmətindən istifadə edən müştəriləri üçün növbəti yeniliyi təqdim edir. İndi müştərilər yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimə, eləcə də büdcə ödənişlərinin hamısını bir yerden – internet bankçılıq vasitəsilə rahatlıqla həyata keçirə biləcəklər.
Bankdan Fed.az-a verilən məlumata görə, müştərilərin rahatlığını təmin etmək məqsədilə tətbiq edilən bu yenilik onlara aşağıdakı xidmətlər üzrə ödənişlərini etmək imkanı yaradır:
- Daxili İşlər Nazirliyi
- İpoteka Ödənişləri
- Vergilər Nazirliyi
- Dövlət Sosial Müdafiə Fondu ödənişləri
Qeyd olunan yeni xidmətlər üzrə ödənişlərin siyahısını İnternet Bankçılıqda şəxsi kabinetdən “Kommunal və digər xidmətlərin ödənişi”ni seçib, “Büdcə ödənişləri” bölməsinə keçid almaqla tapmaq olar. İstifadəçilər, proqram təminatında hər bir ödəniş üzrə mövcud geniş axtarış modullarından istifadə etməklə ödəyəcəyi xidməti seçib, təsdiq düyməsinə basaraq ödənişi icra edə bilərlər. Tarixçədə saxlanılan hər bir ödənişi növbəti dəfə sadəcə təsdiq əsasında həyata keçirmək olar.
Qeyd edək ki, İnternet Bankçılıqdan istifadə etməklə müştərilər həmçinin kommunal xidmətlər, mobil operatorlar, TV və internet provayderlər üzrə ödənişlərini istədikləri vaxt rahatlıqla də edə bilərlər.
Ödənişlərlə yanaşı, İnternet Bankçılıq istifadəçilərinə cari hesablar üzrə əməliyyatlarını, pul köçürmələrini, əmanət və kredit hesablarına nəzarəti və bir çox bank xidmətlərindən 24/7 rejimində istifadə imkanı yaradır.
İnternet Bankçılığa Bankın həm 145 Məlumat Mərkəzinə zəng etməklə, həm də filiala müraciət etməklə qoşulmaq olar.
Xidmətin təqdim etdiyi istifadə imkanları və üstünlükləri haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku