Azərbaycanın aparıcı riteyl banklarından olan «Bank of Baku» 2019-cu ilin 1-ci rübünün nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, ilin əvvəlindən bankın faiz gəlirləri 10 505 min manat, faiz xərcləri 3 079 min manat olmaqla, xalis faiz gəlirləri 7 426 min manat təşkil edib.
Birinci rübdə bankın qeyri-faiz gəlirləri 1 406 min manat, qeyri-faiz xərcləri isə 6 942 min manat olub. Bank bu dövrdə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 11 483 min manat ayırıb, gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir isə 1 840 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda mənfəət və zərərlə işləyən banklar – MƏBLƏĞLƏR - TAM SİYAHI
Nəticədə bank birinci rübü 7 752 min manat zərərlə başa vurub.
Xatırladaq ki, «Bank of Baku» ötən ilin birinci rübünü 234 min manat, bütün ili isə 3 473 min manat mənfətlə başa vurmuşdu.
Birinci rüb ərzində «Bank of Baku»nun cəmi aktivləri 9,8% azalaraq 270 631 min manat, cəmi öhdəlikləri isə 1,1% artaraq 238 531 min manat təşkil edib.
Son 3 ayda «Bank of Baku»nun kredit portfeli 20 milyon manat və ya 9,7% azalaraq 180 927 min manat olub.
Depozitlərin həcmi isə demək olar ki, dəyişməyərək 142 345 min manat təşkil edib. 2019-cu ilin ilk 3 ayında «Bank of Baku»nun cəmi kapitalı da azalaraq 39,9 milyon manatdan 32,1 milyon manata düşüb.