Məmmədov Arif Cavanşir oğlu Bank of Baku-nun Rəqəmsal Bankçılıq departamentinin direktoru vəzifəsinə təyin olunub.
Bu barədə FED.az banka istinadən xəbər verir.
Təhsil:
Arif Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
İş təcrübəsi:
Bank sahəsində 11 illik peşəkar iş təcrübəsinə sahibdir.
Arif Məmmədov Bank of Baku-dakı iş fəaliyyətinə 2013-cü ildə başlayıb və 2018-ci ilə qədər bankın müxtəlif sahələrində çalışıb.
2018-ci ildə Problemli kreditlər departamentində bölmə rəhbəri, 2 il sonra isə eyni departamentin müvafiq şöbəsinin müdiri vəzifəsini icra edib.
2022-ci ildə Alternativ satış kanalları departamentinin Onlayn bankçılıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2023-cü ildən indiki təyinatına qədər Rəqəmsal Bankçılıq departamentinin direktorunun müavini vəzifəsini yerinə yetirib.