Azərbaycanda pandemiya böhranı şəraitində keçən çətin ildə əməliyyat mənfəətini ikiqat artırmağa nail olan bank var.
Eləcə də bax: "Moody’s" agentliyi "Bank of Baku"nun - REYTİNQİNİ YÜKSƏLTDİ!
Azərbaycanda pandemiya böhranı şəraitində keçən çətin ildə əməliyyat mənfəətini ikiqat artırmağa nail olan bank var.
FED.az xəbər verir ki, «Bank of Baku» 2020-ci ilin 4-cü rübünün nəticələrini açıqlayıb. Hesabatda diqqəti çəkən, bankın ili mənfəətlə başa vurmasından çox, cari fəaliyyətin nəticəsi olan əməliyyat mənfəətinin ikiqat artmasıdır.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə bankın faiz gəlirləri 10 milyon manatdan çox və ya 24,6% artaraq 53,6 milyon manat təşkil edib. Ötən il bu göstərici 43 milyon manat idi.
Faiz gəlirlərinin böyük hissəsi – 50 milyon 648 min manatı müştərilərə verilən kreditlərdən əldə edilən faizlərin payına düşüb. Ötən il bu göstərici 41,2 milyon manat olmuşdu.
«Bank of Baku» 2020-ci ildə qiymətli kağızlardan gəlirlərini 2,6 dəfə artıraqaq 726 mindən 1,9 milyon manata yüksəlib.
Bankın faiz xərcləri isə demək olar ki, dəyişməyərək 11 milyon 644 min manat olub. Ötən il bu göstərici 60 min manat yüksək idi.
Bankın əmanət sahiblərinə ödədiyi faiz məbləği də dəyişməyədək 11,1 milyon manat olub.
Nəticədə 2020-ci ildə bankın xalis faiz gəliri 41 milyon 958 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 10 milyon manat və ya 34% artıqdır.
Yuxarıda qeyd edildiyi kimi, pandemiyanın təsiri ilə keçən çətin ildə «Bank of Baku» müştəri fəallığını qoruyub saxlaya bilib. Belə ki, ötən il
«Bank of Baku»nun qeyri-faiz gəlirləri 220 min manat artaraq 9,4 milyon manata çatıb.
Bunun 8 milyon manata yaxın məbləği haqq və komissiya gəlirləri təşkil edir. Üstəlik, bank valyuta mübadiləsindən gəlirlərini ikiqat artıraraq 1,2 milyon manat çatdırıb.
2020-ci ildə bankın qeyri-faiz xərcləri 37 milyon 828 min manat olub. Bu əvvəlki illə müqayisədə 4,5 milyon manat artıqdır. Ötən il «Bank of Baku» əmək haqlarına 18,5 milyon manat xərcləyib. Digər xərclər isə 4,5 milyon manat artaraq 14,5 milyon manat təşkil edib.
Nəticədə bankın əməliyyat mənfəəti 13 milyon 528 min manat təşkil edib. Bu ötən ilki göstərici ilə müqayisədə 2 dəfə artıqdır.
Hesabat ilində bank mümkün zərərlərin qarşılanması üçün yaradılan ehtiyatlardan 3 milyon 648 min manatını geri çəkib, nəticədə vergilən əvvəlki mənfəət 17 milyon 176 min manat təşkil edib.
4,5 milyon manat mənfəət vergisi ödənişindən sonra bank 2020-ci ili 12 milyon 673 min manat xalis mənfətlə bağlayıb.
Hesabat dövründə «Bank of Baku»nun aktivləri 28,5 milyon manat və ya 7,5% artaraq 410 milyon manata yaxınlaşıb.
2020-ci ildə bankın kredit portfeli demək olar ki, dəyişməyib – 338 milyon manat. Kredit portfelinin strukturunda da dəyişiklik var. Bu dövrdə bankın biznes kreditləri 82 milyon manatdan 95 milyon manata yüksəlib, ipoteka kreditlərində isə 5 milyorn manat artım var. İstehlak kreditləri 229,7 milyon manat olub.
Ötən il bankın öhdəlikləri 5% artaraq 333 milyon manatı keçib. Bunun 193,5 milyon manatı depozitlərin payına düşüb – 5,6% artım var.
«Bank of Baku» 2020-ci ildə həm əmanətləri, həm də hüquqi şəxslərin depozitlərinin çoxaldığı nadir banklardandır. İlin sonuna bankda fiziki şəxslərin əmanəti 6,5 milyon manat və ya 4% artaraq 171,5 milyon manat təşkil edib.
Hüquqi şəxslərin depozitləri isə 21% artaraq 22 milyon manata çatıb.
Hesabat ilində «Bank of Baku» kapitalını 12 milyon manatdan çox artıraraq bununla bağlı bütün şübhələri aradan qaldırıb. Hazırda bankın cəmi kapitalı 76,4 milyon manat təşkil edir.