“Bank of Baku” ASC dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) pay alıb.
FED.az xəbər verir ki, bu barədə bankın baza emissiya prospektində bildirilir.
Məlumata görə ABB-dəki iştirak payı 0,007% təşkil edir.
Qeyd edilir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC kommersiya qurumu olduğundan, Bank of Baku öz kommersiya maraqlarını təmin etmək məqsədilə ABB-də iştirak payı əldə edib.