“Bank of Baku” 2021-ci ildə aktivlərini 21,5% - 497,495 milyon manata qədər artırıb.
Eləcə də bax: "Bank of Baku" 23 milyondan artıq - XALİS MƏNFƏƏT AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
2021-ci il dekabrın 31-nə bankın kredit portfeli 413,861 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 22,5% - İF) təşkil edib. İstehlak kreditləri üzrə portfel 275,456 milyon manata (artım 19,9%), biznes kredit portfeli 120,575 milyon manata (artım 27%) bərabərdir.
Bankın öhdəlikləri 403,019 milyon manat (artım 21%) məbləğindədir. Bankda depozitlər 247,177 milyon manat (artım 27,7%), əhalinin əmanətləri 221,663 milyon manat (artım 29,4%) təşkil edir.
2022-ci ilin əvvəlinə “Bank of Baku”nun kapitalı 94 milyon 475,51 min manata (artım 23,7%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 23 milyon 62,32 min manat (artım 82%) təşkil edib.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.