«Kapital Bank» ASC deputat İqbal Məmmədov, və onun qardaşı Çingiz Məmmədovu məhkəməyə verib.
FED.az xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində, hakim Leyla Əliyevan sədrliyi ilə baxılır.
Ümumilikdə bu işdə «Kapital Bank» başda deputat olmaqla 3 fiziki şəxsi – İqbal Məmmədov, qardaşı Çingiz Məmmədov və atası Nəriman Məmmədovu, eləcə də onlarla əlaqəli olan «Kaspi Yildiz» Azərbaycan-Türkiyə Müştərək Müəssisəsini məhkəməyə verib.
İddiaya səbəb borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi – yəni kreditin qaytarılmamasıdır.
Qeyd edək ki, «Kaspi Yıldız»ın dövlət büdcəsinə də böyük məbləğdə 9 milyon 475 min manat vergi borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.