Bank Melli İran Bakı nümayəndəliyi depozit portfelini artırıb. FED.az banka istinadən xəbər verir ki, depozit portfelində tələbli depozitlərin çəkisi yüksəlib.
Belə ki, artıma nağdsız hesablaşmalar haqqında qanun da təsir edib. Eyni zamanda, ölkələrarası bank əməliyyatlarının sayı və dövriyyəsi yüksəldiyindən bankda hüquqi şəxslərin depozitlərinin məbləği artıb. Bankdan verilən məlumata görə, fiziki şəxslərin depozitlərində də artım var və hatta bu artımı 50/50 kimi qeyd etmək olar: “Bankımızda qeyri-rezidentlərin də vəsaiti var, həmin şəxslər Azərbaycanda çalışan İran vətəndaşlarıdır”.
Bank Mellli İran Bakı: ARTMIŞIQ
16:32
30 May 2018