“Bank Melli İran” 2024-cü ilin ilk rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, İran bankı bu iliin ilk rübünü 2 milyon 490 min manat mənfəətlə başa vurub.
2023-cü ilin ilk rübündə 621,3 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə 1 milyon 869 min manat və ya 4 dəfə çoxdur.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
İlk rübün nəticələrinə əsasən "Melli İran Bankının faiz gəlirləri 1 milyon 152 min manat, xərcləri isə cəmi 285 manat olub.
Gəlirlər illik müqayisədə 354 min manat və ya 44%, xərclər isə 266 manat və ya 15 dəfə çoxdur.
Bankın xarici valyuta əməliyyatları üzrə gəlirləri 7,4 min manat, haqq və komissiya gəlirləri 2,3 min manat, xərcləri isə 36,3 min manat olub.
İllik müqayisə ilə xarici valyuta əməliyyatları üzrə gəlirləri 106,2 min manat (15,4 dəfə), haqq və komissiya gəlirləri 28,4 min manat (13,3 dəfə) azalıb, lakin haqq və komissiya xərcləri 7,3 min manat, başqa sözlə (25,2%) artıb.
Bankın inzibati xərcləri illik müqayisədə 120,9 min manat və ya 24,3% azalaraq 376,4 min manata düşüb.
“Bank Melli İran” cari ilin ilk rübündə 114 milyon 827 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 6 milyon 937 min manat (5,7%) azalıb.
Bunun da 41 milyon 41 milyon 67 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar təşkil edib. Bu göstərici son bir il ərzində 5 milyon 163 min manat və ya 11,2% azdır.
Bankın kredit portfeli də illik müqayisədə 876 min manat və ya 21,5% kiçilərək 3 milyon 203 min manata düşüb.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi 25 milyon 323 min manat, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi 41 milyon 760 manat təşkil edib.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi illik müqayisədə 9 milyon 792 min manat (27,9%) azalıb, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi isə 9 milyon 113 min manat (27,9%) aqrtıb.
Bankın öhdəlikləri 71 milyon 180 min manat təşkil edib ki, bu da illik müqayisədə 9 milyon 427 min manat və ya 11,7% azdır.
Öhdəliklərin 18 milyon 637 min manatı maliyyə institutları qarşısında öhdəliklər, 36 milyon 323 min manatı müştəri hesabları, 18 milyon 488 min manatı subordinasiya borc öhdəlikləri təşkil edib.
İllik müqayisədə maliyyə institutları qarşısında öhdəliklər 604 min manat (3,1%), müştəri hesabları 8 milyon 404 min manat (19,1%), subordinasiya borc öhdəlikləri isə 401 min manat (2,4%) azalıb.
Hesabat dövründə bankın balans kapitalı 2 milyon 490 min manat (6,1%) artaraq 43 milyon 647 min manata yüksəlib, lakin yığılmış zərəri 2 milyon 490 min manat (7,7%) azalaraq 29 milyon 964 min manata düşüb.