Bank Melli İranın 2023-cü ilin dördüncü rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
Ölkəmizdən İran İslam Respublikasına və əks istiqamətdə pul köçürmələri edən Bank Melli İran gəlirlərinin həcmində olduğu kimi, xərclərinə görə də bank sistemində sonuncu yerdədir.
Bankın ümumi xərcləri 2 milyon 186 min manat olub. Xərclər iki sahədən formalaşıb : inzibati xərclər və kredit faizi xərcləri.
Müvafiq olaraq inzibati xərclər üzrə 2 milyon 146 min manat, başqa sözlə ümumi xərclərin 98%-i həcmində, kredit faiz xərcləri üzrə isə cəmi 40 min manat – ümumi xərclərin 2%-i həcmində xərc formalaşıb.
| Min manat | ||
| Xərc mənbələri | Məbləğ | Ümumi xərclərdə payı | 
| İnzibati xərclər | 2 146 | 98% | 
| Əmək haqqı xərcləri | - | - | 
| Depozitlər üzrə faizlər | - | - | 
| Kredit faizləri | 40 | 2% | 
| QK- faiz xərci | - | - | 
| AMB kredit xərci | - | - | 
| Amortizasiya xərcləri | - | - | 
| Digər faiz xərcləri | - | - | 
| Digər qeyri faiz xərcləri | - | - | 
| Cəmi | 2 186 | 100% | 




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








