2025-ci ildə Azərbaycanda ən az gəliri olan banklardan biri “Bank Melli İran”ın Bakı filialı olub.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı 2025-ci il üzrə Azərbaycanın ən kiçik banklarından olan “Bank Melli İran”nın gəlir mənbələrini araşdırıb.
Azərbaycanda sistem əhəmiyyətli banklar açıqlandı – SİYAHI, TƏLƏBLƏR
Bank ən aşağı göstəricələrlə ölkəmizin bank sistemində sonuncu yerdədir. Hesabat dövründə bankın ümumi gəlirinin 5 milyon 666 min manatını – 98,6%-ini kredit portfeli üzrə faiz gəlirləri tutub.
Digər gəlir mənbələri nisbətən kiçik paya sahib olub. Komissiya haqları 23 min manatla ümumi gəlirlərin 0,4%-ni təşkil edib.
Valyuta əməliyyatlarından gəlirlər 53 min manatla, yenə ümumi gəlirlərin 0,9%-ni təşkil edir. Digər faiz gəlirləri 4 min manat olub, bu da ümumi gəlirlərdə 0,1% paya bərabər olub.
2024-ci illə müqayisədə bankın kredit portfeli üzrə faiz gəlirləri 11,8%, komissiya haqları üzrə gəlirlər 2,9 dəfə, valyuta əməliyyatlarından gəlirlər 4,8 dəfə artıb, digər faiz gəlirləri isə 2 dəfə azalıb.
2024-2025-ci illər ərzində “Bank Melli İran”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
5 070 |
99, 5% |
5 666 |
98, 6% |
11,80% |
|
Komissiya haqları |
8 |
0, 1% |
23 |
0, 4% |
2,9 dəfə artım |
|
Valyuta əməliyyatlarından gəlirlər |
11 |
0, 3% |
53 |
0, 9% |
4,8 dəfə artım |
|
Digər faiz gəlirləri |
8 |
0, 1% |
4 |
0, 1% |
2 dəfə azalma |
|
|
|||||
|
Cəmi gəlirlər |
5 097 |
100% |
5 746 |
100% |
12,70% |












