“Bank Melli İran”ın Bakı filialı 2021-ci ildə aktivlərini 7,3% - 86 milyon 840,92 min manata qədər azaldıb.
Eləcə də bax: “Bank Melli İran”ın Bakı filialının vəziyyəti - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə bankın filialından məlumat verilib.
Hesabat dövründə bankın kredit portfeli 88,5% - 9 milyon 844,955 min manata qədər artıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 55 milyon 286,29 min manat (31 dekabr 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə azalma 0,2%), investisiya qiymətli kağızları 17 milyon 939,727 min manat (azalma 20%) təşkil edir.
31 dekabr 2021-ci tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 51 milyon 422,031 min manata (azalma 8,7%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 12,2% – 22 milyon 968,626 min manata qədər azalıb, müştəri hesabları 0,3% - 10 milyon 733,222 min manata qədər artıb.
Dekabr ayının sonuna bankın kapitalı 35 milyon 418,889 min manat (azalma 5,2%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
2021-ci ilin yekunları üzrə bankın filialının xalis zərəri 1 milyon 959,894 min manat (2020-ci ildə mənfəət 783,84 min manat təşkil edib) məbləğində olub. 2021-ci il dekabrın 31-nə bankın bölüşdürülməmiş zərəri 38 milyon 192,282 min manat (2021-ci ildə artım 5,4%) məbləğində qiymətləndirilir.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.