“Bank Melli İran” 2018-ci il üçün 9 aylıq nəticələrini açıqlayıb.
FED.az “Bank Melli İran”-ın “Mənfəət və Zərər ” haqqında hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin 3-cü rübündə bankın faiz gəlirləri 2 mln 164,8 min manat, faiz xərcləri 83,4 min manat olub ki sonda xalis faiz gəlirləri 2 mln 81,4 min manat təşkil edib.
Bundan əlavə aktivlər üzrə ehtiyyatların yaradılmasına ayırmalar 319,1 min manat, inzibati xərclər 997,9 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 274,8 min manat olub. Haqq və komissiya gəlirləri 221,2 min manat, haqq və komissiya xərcləri isə 62,8 min manat olub.
Yekunda 2018-ci ilin ilk 9 ayı üçün bankın xalis mənfəəti 1 mln 799,5 min manat olub.
Xatırladaq ki, bank 2017-ci ilin ilk 9 ayın da 1 mln 335,7 min manat, lakin ilin yekunu üçün isə 6 mln 923,1 min manat olub.
FED.az “Bank Melli İran”ın “Balans” heasabatına əsasən xəbər verir ki, 2018-ci ilin 3-cü rübündə bankın aktivləri ilin əvvəlinə nəzərən 12,74% və ya 12 mln 811,9 min manat artaraq 113 mln 309,5 min manat, cəmi kapital isə 1 mln 343,1 min manat yaxud 1,93% artaraq 70 mln 628 min manata çatıb.
Bankın kredit portfeli 2018-ci ilin ilk 9 ayı üçün 3 mln 497,6 min manat olub.
“Bank Melli İran” ın vəziyyəti məlum oldu – HESABAT
11:29
8 Okt 2018