Xəbər verildiyi kimi, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bir sıra şirkətlərlə yanaşı, İranın banklarına, o cümlədən İran Milli Bankı və onun Bakıda fəaliyyət göstərən filialına (“Bank Melli İran-Baku”) da aiddir.
Bankdan FED.az-a verilən məlumata görə, bu sanksiyaların onların fəaliyyətinə ciddi təsiri olmayacaq: «Müştərilərimiz arasında ABŞ-la bağlı şəxslər yodur».
Bununla yanaşı bankdan bildirilib ki, sanksiyalarla bağlı məlumatlar yayılandan sonra bəzi müştərilər və bankın partnyorları əlaqə saxlayıb bankın işi ilə maraqlanıblar.
«Onsuz da bizə neçə illərdir ki, sanksiyalar tətbiq edilir. Ona görə də sanksiyaların fəaliyyətimizə təsir edəcəyini düşünmürük».
Xatırladaq ki, İran bankı Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir.