“Bank Melli İran”nın Bakı filialının bağlana banklardakə vəsaitləri qalmaqdadır.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Bank Filialının açıqlamasında (31 dekabr 2018-ci il tarixinə) deyilib.
Belə ki, bank filialının lisenziyası ləğv edilmiş “Texnikabank” ASC-dən yerləşdirdiyi 5 mln. manatın faiz gəliriləri ilə birlikdə 6,07 mln. manat alacağı vardır.
Bununla yanaşı,faiz gəliri ilə birlikdə bağlanmış “Atrabank” ASC-də 2 mln. manat, “Royal Bank”da 4 mln. manat yaxın depozitləri qalmaqdadır.
Məlumata əsasən “Royal Bank”da qoyulan depozitə girov təmin edilib və həmin girovun dəyərini şirkət 4,3 mln. manat dəyərində qiymətləndirib.