FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Melli İran”nın gəlir mənbələrini təqdim edir.
Banklar pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR (30.09.2024)
Bank ölkəmizdən İran İslam Respublikasına və əks istiqamətdə pul köçürmələri edir. Bank ən aşağı göstəricələrlə ölkəmizin bank sistemində sonuncu yerdədir.
2024-cü ilin üçüncü rübünə olan nəticələrə görə “Bank Melli İran”nın gəliri 3 milyon 741 min manat təşkil edib.
Bankın gəlir əldə etdiyi mənbələr məhduddur.
Gəlirlərin böyük hissəsi - 3 milyon 723 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub yəni ümumi gəlirin 97%-i.
Bankın digər gəlir mənbəyi komissiya haqlarından əldə etdiyi gəlirlərdir – bu mənbə bankı 7 min manat ilə və ya bütün gəlirlərin 1%-i ilə təmin edib. Digər faiz gəlirlərrindən əldə olunmuş vəsaitin həcmi komissiya haqlarından əldə olunmuş vəsaitlə eynidir.
Bundan başqa bank valyuta əməliyyatları apararaq daha 4 min manat qazanıb, bu bankın bütün gəlirlərinin 1%-i deməkdir.
Ümumiyyətlə, “Bank Melli İran”nın gəlirlərinin 98%-i faiz, yalnız 2%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
3 723 |
97% |
QK-a investisiyadan gəlir |
|
|
Digər banklara depozitlərdən gəlirlər |
|
|
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Komissiya haqları |
7 |
1% |
Valyuta əməliyyatlarından gəlirlər |
4 |
1% |
Digər faiz gəlirləri |
|
|
Digər qeyri-faiz gəlirləri |
7 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
3 741 |
100% |