Bank “BTB” ASC Marketinq departamentinin Direktoru vəzifəsinə işə qəbul elan edir.
Marketinq departamentinin Direktoru
İş barədə məlumat:
- Bankın marketinq siyasətini və marketinq planını hazırlayır;
- Rəqabət bazarını, bankın mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və yeni məhsulların yaradılması barədə təkliflər hazırlayır;
- Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra yeni məhsullarınn yaradılmasını təşkil edir;
- Bankın məhsullarının təşviqatını təşkil edir;
- Bankın reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;
- Ona birbaşa hesabatlı olan işçilərin hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;
- Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir;
- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır;
- İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir
Namizədə tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 Dekabr, 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq departamentinin Direktoru) göstərməyiniz xahiş olunur.