Bank “BTB” ASC
Kiçik və orta biznes kreditləri üzrə Baş Mütəxəssis
İş barədə məlumat:
• Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
• Müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə ziyarətlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirilmək;
• Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı;
• Kiçik, orta, iri və korporativ kreditlər sahəsində ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
• Kiçik, orta, iri kreditlər və korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Namizədə tələblər:
• Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
• Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• Problemləri həll etmə bacarıqları;
• Satış bacarıqları;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Mart, 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kiçik və orta biznes kreditləri üzrə Baş mütəxəssis) göstərməyiniz xahiş olunur.