Azərbaycanda koronavirus səbəbindən biznesin üzləşdiyi problemlərin yumşaldılması üçün onlara vergi güzəştləri ilə yanaşı, kreditlərdə də müəyyən güzəştlərin edilməsi nəzərdə tutulur.
Yeni vergi güzəştləri açılandı - PREZİDENTƏ MƏRUZƏ EDİLDİ
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Prezidentin «Sahibkarlar əlavə hansı güzəştlərin verilməsini istəyirlər?» sualına cavab olaraq nazir bildirib ki, bu gün Maliyyə Sabitliyi Şurasında müzakirə edilən məsələlərdən biri, bütün digər biznes fəaliyyətinə də pandemiyanın təsirsiz ötüşməməsini nəzərə alaraq, bank kreditləri olan və bank kreditlərinə də requlyativ tədbirlərin yumşaldılması olacaq.
«Bu, sahibkar üçün nə deməkdir? Bu, o deməkdir ki, banklara imkan verir ki, onların cari kredit ödənişlərini yumşaldır, restrukturizasiya edir, dövr verir, müddət verir. Bu iş Mərkəzi Bankın, Banklar Assosiasiyasının təşəbbüsü ilə işçi qrup çərçivəsində, aidiyyəti digər işçi qrup çərçivəsində İqtisadiyyat Nazirliyində sahibkarların iştirakı ilə həyata keçirilir. Bu qərarın da qısa müddətdə Sizin (prezidentin – FED.az) diqqətinizə təqdim edilməsi nəzərdə tutulur».