Son bir ayda Azərbaycan banklarının kredit portfelində 21,1 milyon manat azalma var. FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, noyabrın 1-ə ölkə banklarında 12 milyard 281,3 milyon manat kredit portfeli olub, bu da bir ay əvvəllə müqayisədə 21,1 milyon manat azdır.
ELƏCƏ DƏ BAX: Əhalinin banklardakı əmanətləri azalıb
Əvəzində bu dövrdə ölkədə problemli kreditlərin həcmi azalıb. Hazırda problemli kreditlər 1 milyard 698,6 mlyon manat təşkil edir ki, bir ay əvvələ nisbətən 50,1 milyon manat azdır. Problemli kreditlərin ümumi kredit portfelində payı da azalaraq 14,2%-dən 13,8%-ə enib.
Bank kreditləri yenidən azalır

09:21
5 Dek 2018