5 fevral 2020-ci il tarixində “Ödəniş sistemləri və alternativ xidmət kanalları Ekspert Qrupunun 2020-ci il üzrə ilk iclası keçirilmişdir.
Eləcə də bax: Bank kartları ilə bağlı cinayət işlərinin - SAYI AÇIQLANIB
FED.az xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan” ASC-nin baş ofisində keçirilən görüşdə beynəlxaq kart təşkilatlarının xidmət haqqlarının vergi baxımından unifikasiyası, bank hesablarının məsafədən açılması, elektron bankçılıq xidmətlərində kağız daşıyıcılarla əməliyyatların aradan qaldırılması, ödəniş statistikası hesabatlığının təkmilləşdirilməsi və digər cari məsələlər müzakirə edilmişdir.
Müzakirələr zamanı müvafiq məsələlərin həlli məqsədilə alt işçi qruplarının yaradılması qərara alınmışdır.