«Azər-Türk Bank» 2019-cu ilin iyul ayında səhmdarlara dividendlərin ödənilməsinə 300 min manat yönəldib.
FED.az xəbər verir ki, “bankın səhmdarları iyunun 13-də keçirilən ümumi yığlncaqda 2018-ci il üzrə dividendlərin ödənilməsinə 300 min manatın yönəldilməsinə dair qərar qəbul ediblər. Bu vəsait cari ilin iyul ayında səhmdarlara ödənilib”, – deyə bankın mətbuat xidmətindən bildirilib.
Eləcə də bax: “Azər Türk Bank” işçilərinin - SAYINI ARTIRIB
Bankın səhmlərinin 75%-nin Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olduğunu nəzərə alsaq, dövlət büdcəsinə 225 min manat daxil olub.
Xəbər verildiyi kimi, “Azər-Türk Bank” 2018-ci ildə dövlət büdcəsinə 831 min manat dividend ödəyib.
2019-cu ildə hökumət bank tərəfindən dövlət büdcəsinə 2,05 mln. manat məbləğində dividendin ödəniləcəyini nəzərdə tutur.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), “Ziraat Bank”, “AzRe Təkrarsığorta” və “Qala Həyat Sığorta” şirkətləridir.
İnterfax.az