Azərbaycan vətəndaşları dələduzluqla bağlı hüquq mühafizə orqanına müraciət etmədiyi halda bank məlumatlarını təqdim edə bilmirik.
AMB müştərilərə qarşı dələduzluq hallarının artmasına - MÜNASİBƏT BİLDİRİB
FED.az xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin "Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu"nun sədri, Azərbaycan banklarından birinin Rəqəmsal Fraud Qrupunun rəhbəri Cavidan Əfəndiyev Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.
"Hüquq-mühafizə orqanlarının məlumatlandırılması müştərinin müraciəti olduqda baş verə bilər. Əksər hallarda vətəndaşlar dələduzluq zamanı hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Azərbaycan Mərkəzi Bankının müştərinin bank sirrinin, məlumatlarının qorunması barədə tələbləri var. Biz bu tələblərdən kənara çıxmırıq. Ancaq son zamanlar daha da aktivləşən piramida tipli dələduzluq halları aşkarlandıqda bu barədə hüquq mühafizə orqanlarına məlumat verə bilirik", - deyə o qeyd edib. (Report)