2018-ci ilin mart ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,9 mlrd. manat, cəmi öhdəlikləri isə 24 mlrd. manat təşkil edib.
Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7,6 mlrd. manat olub. 2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2,1% (591 mln. manat), öhdəlikləri 2,3% (576 mln. manat), kapitalı isə 0,4% (15 mln. manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,389 nəfər təşkil edib. Mart ayında bank sektorunda işçi sayı 0,4% və ya 58 nəfər artıb.