2019-cu ilin 1-ci yarısında bankların işçilərinin sayı 873 nəfər artıb.
FED.az xəbər verir ki, 30 İyun 2019-cu il tarixində bank işçilərinin sayı 18 min 288 nəfər təşkil edib. 2018-ci ilin sonunda bu say 17 min 415 nəfər idi.
Cari ilin 1-ci rübündə işçilərin sayı 334 nəfər, 2-ci rübündə isə 539 nəfər artıb.